BAKI, 5 mart. TELEQRAF

İran Əbu-Dabi Beynəlxalq Hava Limanı yaxınlığındakı ABŞ hərbi bazasına zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın "IRIB" telekanalı məlumat yayıb.

Milli Fövqəladə Hallar və Fəlakətlərin İdarə Edilməsi Administrasiyasının açıqlamasında deyilir: "Hava hücumundan müdafiə sistemləri hazırda raket təhlükəsinə cavab verir" .