BAKI, 5 mart. TELEQRAF

Fevralın 28-dən bəri İsraildə raket hücumları nəticəsində 12 nfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

"Tel-Əvivdə 1 nəfər, Beyt-Şemeşdə isə 9 nəfər həlak olub. İki nəfər isə bomba sığınacaqlarına gedərkən ölüb. Raket qalıqları Təl-Əvivdəki yaşayış məntəqələrinə düşüb. Həmin məntəqələr öncədən boşaldılıb, sakinlər sığınacaqlarla təmin ediliblər. Şəhər miqyasında bomba sığınacaqları olan bütöv bir sistem mövcuddur və bütün yeni binaların bomba sığınacaqları var" - məlumatda qeyd olunur.