BAKI, 2 mart. TELEQRAF

Yaxın Şərqdə keçirilən hərbi əməliyyat zamanı həlak olan ABŞ hərbi qulluqçularının sayı artaraq 4 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, həlak olan dördüncü hərbçi İran tərəfinin ilkin zərbələri zamanı yaralanmış, göstərilən tibbi müdaxilələrə baxmayaraq, vəfat etmişdir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xamenei ilə yanaşı, ölkənin bir çox yüksək rütbəli rəsmisi öldürülüb. Baş verənlərə cavab olaraq, İran tərəfi ABŞ və İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.