BAKI, 25 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Meksikanın ən güclü narkobaronun öldürüldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, El Menço adlı narkobaronun ABŞ hərbçiləri tərəfindən məhv edildiyini deyib.

"Biz tarixin ən qəddar narkotik lordlarından birini məhv etdik. Bunu dünən gördünüz",-deyə Tramp açıqlayıb.

O qeyd edib ki, Vaşinqton milli maraqlarını qorumaq üçün Qərb yarımkürəsində təhlükəsizliyini və dominantlığını bərpa edir.