BAKI, 25 fevral. TELEQRAF

Bu gün Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini və partiyanın Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mənzil-qərargahını ziyarət edib.

Teleqraf xəbər verir ki, bu barədə TÜRKPA məlumat yayıb.

Qeyd edilib ki, nümayəndə heyətinin TÜRKPA-nın Baş katibi Ramil Həsən ilə görüşü keçirilib.