BAKI, 25 fevral. TELEQRAF
ABŞ İrana qarşı sanksiyaları genişləndirib.
Teleqraf xəbər verir ki, ABŞ 20 fiziki və hüquqi şəxsə, eləcə də İrana aid 12 gəmiyə sanksiyalar tətbiq edib.
Rəsmi mənbədən verilən məlumata görə, yenilənmiş sanksiya siyahısına İran, Türkiyə, Panama, BƏƏ və digər ölkələrdə qeydiyyatdan keçmiş bir sıra şirkətlər daxil edilib.
Onların bir çoxu dəniz yükdaşımaları ilə məşğuldurlar.