BAKI, 25 fevral. TELEQRAF
"Tramp bir tərəfdən İranın nüvə obyektlərini məhv etdiklərini deyir, digər tərəfdən isə hərbi əməliyyatların zəruri olduğunu söyləyir. Bu, tamamilə cəfəngiyatdır".
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin üzvü və SEPAH-ın generalı Esmail Kosari bildirib.
"İran yüksək döyüş hazırlığını qorumalı və 26 fevralda Cenevrədə keçirilməsi planlaşdırılan nüvə danışıqlarından əvvəl düşmənin hərəkətlərini daim izləməlidir. Onlar çaşqınlıq içindədirlər və hansı qərarı verəcəklərini bilmirlər. Ölkə daxilində birlik, həmrəylik və bütövlük olarsa, düşmən heç nə edə bilməyəcək", - Kosari vurğulayıb.
Qeyd edək ki, ABŞ lideri daha əvvəl Tehranla nüvə məsələsində razılığa gəlməyə üstünlük verdiyini, lakin güc tətbiqini istisna etmədiyini bildirib.
İran və ABŞ arasında nüvə danışıqlarının üçüncü raundu fevralın 26-da Cenevrədə keçiriləcək. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edəcək .