BAKI, 25 fevral. TELEQRAF
İran nümayəndə heyəti ABŞ ilə aparılacaq danışıqların üçüncü raundu üçün Cenevrəyə yola düşüb.
Teleqraf "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın nümayəndə heyəti məlumat yayıb.
İran nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Abbas Əraqçi, xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi və xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi daxildir.
İran və ABŞ nümayəndələri arasında nüvə dosyesi ilə bağlı danışıqlar fevralın 26-sı səhər Cenevrədəki Omanın diplomatik nümayəndəliyində keçiriləcək .
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, imzalanacaq sazişdə nüvə proqramının dinc xarakterli olması və sanksiyaların aradan qaldırılması öz əksini tapmalıdır.