BAKI, 25 fevral. TELEQRAF

Qazaxıstanın Karaqanda vilayətində planlı təlim uçuşu zamanı "Su-30SM" tipli çoxməqsədli qırıcı təyyarə qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin bəyanatında bildirilir ki, hadisə zamanı təyyarənin heyəti vaxtında katapult edə bilib:

"Təyyarənin heyəti vaxtında katapult edib. Pilotlar sağ-salamatdırlar, onların həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur. Hazırda onlar mütəxəssis həkimlərin nəzarəti altındadırlar".

Qəza yerinin mühafizəyə alındığı, sakinlər və infrastruktur üçün hər hansı təhlükənin olmadığı qeyd edilib. Hadisənin səbəb və şəraitini araşdırmaq məqsədilə Müdafiə Nazirliyinin Uçuş Təhlükəsizliyi Departamenti tərəfindən xüsusi komissiya yaradılıb.

Araşdırmanın nəticələrinə uyğun olaraq hüquqi qiymət veriləcək və prosessual qərar qəbul ediləcək.