BAKI, 25 fevral. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Smolensk vilayətində yerləşən "Doroqobuj" kimya zavoduna pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində 7 nəfər heyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, hücum zamanı partlayıcı qurğuların detasiyası nəticəsində azı 10 nəfər yaralanıb. Hadisə zamanı zavodun infrastrukturuna, yanğınsöndürmə məntəqəsinin binasına və xüsusi texnikaya ciddi ziyan dəyib. Hücumda partlayıcılarla təchiz olunmuş ən azı 30 drondan istifadə edilib.