BAKI, 15 fevral. TELEQRAF

Sülh Şurasına üzv ölkələr Qəzza sektorunun bərpası və humanitar yardım üçün 5 milyard dollardan çox vəsait ayıracaqlar.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib.

Onun sözlərinə görə, fevralın 19-da Vaşinqtondakı Sülh İnstitutunda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirakçı dövlətlər Qəzzada bərpa və humanitar səylərə 5 milyard dollardan artıq maliyyə ayrıldığını elan edəcəklər.

Tramp əlavə edib ki, Şuraya daxil olan ölkələr Fələstin anklavında sülh və təhlükəsizliyin qorunması məqsədilə minlərlə hərbçi göndərməyə hazır olduqlarını bildiriblər.