BAKI, 12 fevral. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun baş katibi Mark Ruttenin xarici işlər naziri Sergey Lavrovun açıqlamalarına əhəmiyyət verməməsinə dair açıqlamasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, Zaxarova Telegram kanalındakı paylaşımında bildirib:

"Rutte xroniki informasiya tükənməsi sindromundan əziyyət çəkir. NATO Baş katibinin bu problemi elmi ədəbiyyatda informasiya yorğunluğu sindromu və ya xroniki informasiya tükənməsi kimi təsvir olunur. Bu termin ilk dəfə 1996-cı ildə Britaniyalı psixoloq Devid Lüis tərəfindən işlədilib. Analitik və qərar qəbuletmə qabiliyyətlərinin azalması, diqqət və yaddaşın pozulması, narahatlıq, məntiqsiz davranış və məhsuldarlığın azalması kimi simptomlarla xarakterizə olunur" - Zaxarova qeyd edib.

Fevralın 12-də NATO-nun baş katibi Mark Rutte Rusiya xarici işlər naziri Sergey Lavrovun da daxil olduğu Rusiya rəhbərliyinin açıqlamalarına əhəmiyyət vermədiyini bildirib.