BAKI, 13 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp aprel ayında Çinə səfər edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada qeyd edib.
"Aprel ayında Prezident Si Cinpinlə görüşəcəyəm. Səbirsizliklə gözləyirəm. O, bu ilin sonlarında bizi ziyarətə gələcək və mən də bunu səbirsizliklə gözləyirəm" - Ağ Ev lideri əlavə edib.
Tramp həmçinin qeyd edib ki, ABŞ-Çin münasibətləri, eləcə də Çin lideri ilə şəxsi münasibətləri hazırda əla vəziyyətdədir.