BAKI, 13 fevral. TELEQRAF

ABŞ bu il Ukraynaya 12-15 milyard dollar dəyərində silah tədarük edəcəyinə söz verib.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Kiyevə silah tədarükü üzrə təmas qrupunun iclasından sonra bildirib .

"Amerika Birləşmiş Ştatları bizə bu il Ukraynaya 12-15 milyard dollar dəyərində vacib hərbi avadanlıq verə biləcəyini bildirib", - deyə o bildirib.

Baş katibin sözlərinə görə, söhbət yalnız ABŞ-nin təmin edə biləcəyi silahlardan gedir.