BAKI, 10 fevral. TELEQRAF

İsveçrənin Kran-Montana kommunasında yeni il gecəsi barda baş vermiş və 41 nəfərin həyatına son qoymuş yanğınla bağlı istintaqda iki yeni fiqurant meydana çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə "İsveçrə Radio və Televiziya" portalı (SRF) Vale kantonunun prokurorluğunun açıqlamasına istinadla məlumat yayıb.

Məlumata görə, kommunanın təhlükəsizlik xidmətinin keçmiş və hazırkı rəhbərləri şübhəli şəxs qismində dindirilib. Bildirilir ki, hər iki şəxs yaxın vaxtlarda 12 saat davam edən dindirilmələrdən sonra istintaqçılar tərəfindən fasilə verilməsinə qərar verilib və sorğuların sonradan davam etdirilməsi nəzərdə tutulur.

SRF-in məlumatına görə, təhlükəsizlik xidmətinin keçmiş rəhbəri 2018-ci ilin yanvarında və 2019-cu ilin iyununda barda aparılmış təhlükəsizlik və yanğın əleyhinə yoxlamalara cavabdeh olub. Portal yazır ki, şübhəli şəxs 2019-cu ilin ortalarından sonra barda yoxlamaların niyə aparılmadığını izah etməlidir. Həmçinin qeyd olunur ki, o, 2024-cü ilin əvvəlində vəzifəsindən ayrılıb.