BAKI, 6 fevral. TELEQRAF

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın gələcəkdə birbaşa görüş planlaşdırılmır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Fevralın 4-də Donald Tramp Ağ Evdə çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinin ondan Ukraynadakı müharibənin bitməsinə kömək etməsini istədiyini bildirib.