BAKI, 6 fevral. TELEQRAF

SUMQAYIT, 6 fevral. TELEQRAF

Sumqayıtda ailədaxili münaqişə qanla nəticələnib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Sumqayıt şəhərinin 40-cı məhəlləsində ağır məişət hadisəsi baş verib.

Şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Səfərov həyat yoldaşı, 1983-cü il təvəllüdlü İradə Səfərovaya kəsici alətlə xəsarət yetirib.

Məlumata görə, insident şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baş verib. Yaralı qadın dərhal tibb müəssisəsinə yerləşdirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü T.Səfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, hadisənin dəqiq səbəbləri araşdırılır.