BAKI, 4 fevral. TELEQRAF

"Amerika və İran rəsmiləri arasında görüşlər əvvəlcə Türkiyə üçün planlaşdırılmışdı, lakin hazırda görüşlərin başqa yerə keçirilməsi ilə bağlı müzakirələr aparılır".

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi və milli təhlükəsizlik müşaviri Marko Rubio mətbuat konfransında bildirib.

“Biz Türkiyədə razılaşdırılmış formatın olduğunu düşünürdük. Bu format danışıqların bir hissəsi olmaq istəyən bir sıra tərəfdaşlar tərəfindən hazırlanmışdı. Dünən İran tərəfindən buna razılıq verilmədiyinə dair ziddiyyətli açıqlamalar gördüm. Ona görə də bunun üzərində iş gedir”, - Rubio bildirib.