BAKI, 4 fevral. TELEQRAF

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "TRT-Haber" məlumat yayıb.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına birgə həmsədrlik edəcəklər.