Rusiya Prezidenti Vladimir Putin Sergey İvanovu prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edib.
Teleqraf xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Qeyd edək ki, yanvarın 31-də 73 yaşı tamam olan İvanov bu vəzifəni 2016-cı ilin avqust ayından bəri tutur. Bundan əvvəl o, Rusiya Federasiyası Prezidentinin İcra Aparatının rəhbəri olub və əvvəllər müxtəlif vaxtlarda Baş nazirin birinci müavini, müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi vəzifələrində çalışıb. İvanov həmçinin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvüdür.