BAKI, 4 fevral. TELEQRAF

Pakistan, İran və ABŞ arasındakı gərginliyi azaltmaq məqsədilə keçirilən diplomatik prosesə rəsmən qoşulur.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan XİN-in sözçüsü Tahir Andrabi bildirib.

"İslamabad rəsmi olaraq məsləhətləşmələrə dəvət edilib. Danışıqlar zamanı Pakistanın mövqeyinin xüsusi nəzərə alınacağı bildirilir",- o qeyd edib.