BAKI, 4 fevral. TELEQRAF

ABŞ cümə günü keçiriləcək danışıqların yerini və formatını Tehranın tələblərinə uyğun olaraq dəyişdirməyə razı olmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə iki ABŞ rəsmisi "Axios"a bildirib.

"Bu dalan diplomatik irəliləyişlərə mane ola və prezident Trampı hərbi əməliyyatlara əl atmağa inandıra bilər" - məlumatda qeyd olunur.

ABŞ və İran cümə günü İstanbulda görüşmək barədə razılığa gəliblər. Görüşdə digər Yaxın Şərq ölkələri müşahidəçi qismində iştirak edəcəklər. Lakin çərşənbə axşamı günü iranlılar danışıqları Omana köçürmək və ikitərəfli şəkildə keçirmək istədiklərini bildiriblər.

İran danışıqların yalnız nüvə məsələlərini əhatə etməsini istəyir.

ABŞ rəsmiləri məkanın dəyişdirilməsi tələbini müzakirə etsələr də, çərşənbə günü rədd etmək qərarına gəliblər.

Rəsmi şəxs bildirib ki, əgər iranlılar ilkin formata qayıtmağa hazırdırlarsa, ABŞ bu həftə və ya gələn həftə görüşə bilər.

"Biz tez bir zamanda real razılığa gəlmək istəyirik, əks halda insanlar başqa variantlara baxmağa başlayacaqlar", - deyə yüksək vəzifəli məmur Trampın dəfələrlə hərbi əməliyyatlarla bağlı təhdidlərinə toxunaraq bildirib.

"Biz kompromisə getməyə çalışdıq, amma iranlılar bundan imtina etdilər. Danışıqların bu həftə baş tutmaması ehtimalı yüksəkdir", - deyə ikinci ABŞ rəsmisi bildirib.

ABŞ rəsmilərinin məlumatına görə, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner cümə axşamı günü baş nazirlə İranla bağlı danışıqlar aparmaq üçün Qətərə səfər edəcəklər.