BAKI, 4 fevral. TELEQRAF

ABŞ məhkəməsi Rayan Rutu 2024-cü ildə ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzasına məhkum edib.

Teleqraf xəbər verir ki, bu barədə "USA Today" məlumat yayıb.

O, 2024-cü ilin sentyabr ayında Florida ştatının Vest Palm Biç şəhərindəki qolf klubunda çıxış edən prezidentliyə namizəd Trampa atəş açmaq istəyib.

"Newsweek" jurnalının məlumatına görə, Rutu Ukraynadan raketlə işləyən qumbaraatan və ya Stinger zenit raketi almağa cəhd edib. Nəşrin məlumatına görə, o, Ukraynadakı bir şəxslə əlaqə saxlayıb, ondan RPG və ya Stinger istəyib.

2024-cü ildə Tramp iki sui-qəsd cəhdindən sağ çıxıb. Trampa növbəti silahlı hücum cəhdi 2024-cü il 13 iyulda baş verib. O, Pensilvaniyadakı seçicilər qarşısındakı çıxışı zamanı silahlı hücuma məruz qalıb. İyirmi yaşlı Tomas Metyu Kruks təhlükəsizlik perimetrinin xaricindəki binanın damından atəş açıb. Güllələrdən biri Trampın qulağına dəyib.