BAKI, 4 fevral. TELEQRAF
Prezident Volodimir Zelenski Oleq Luxovskini Xarici Kəşfiyyat Xidmətinin müvəqqəti rəhbəri təyin edib.
Teleqraf xəbər verir ki, bununla bağlı fərman Ukrayna Prezidentinin saytında dərc edilib.
Sənəddə deyilir: "Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin vəzifələrini müvəqqəti olaraq Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavini Oleq Vasilioviç Luxovski yerinə yetirəcək".