Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Tayvanın heç vaxt Çindən ayrılmasına icazə verilməyəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
O qeyd edib ki, ABŞ Tayvana silah satmaqda ehtiyatlı olmalıdır.
Si Cinpin Trampa Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində ən vacib məsələ olduğunu bildirib.
O əlavə edib ki, son bir ildə Trampla yaxşı ünsiyyət saxlayıb: "Yalnız bərabər, hörmətli və qarşılıqlı faydalı yanaşmaya riayət etməklə və bir-birinə güzəştə getməklə Çin və ABŞ qarşılıqlı narahatlıqları həll etməyin yollarını tapa bilərlər".
Si Cinpin ABŞ-ni dialoq və ünsiyyəti gücləndirməyə, fikir ayrılıqlarını düzgün həll etməyə və praktiki əməkdaşlığı genişləndirməyə çağırıb.