BAKI, 28 yanvar. TELEQRAF

ABŞ hakimiyyəti Kaliforniya ştatında hərbi bazanın ərazisinə icazəsiz daxil olduqları iddia edilən iki Rusiya vətəndaşını saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dəki səfirliyinin mətbuat xidməti TASS-ın sorğusuna cavab olaraq məlumat yayıb.

Diplomatik nümayəndəliyin açıqlamasına görə, ABŞ-nin Miqrasiya və Gömrük Xidməti yanvarın 26-da icazəsiz giriş səbəbilə Kaliforniya ştatında yerləşən Kemp-Pendlton hərbi bazasının ərazisində saxlanılan iki Rusiya vətəndaşını öz nəzarətinə götürüb.

Hazırda saxlanılan şəxslər yerli deportasiya mərkəzindədir və repatriasiya olunmalarını gözləyirlər.