BAKI, 25 yanvar. TELEQRAF
Yaponiyada minlərlə insan Tokiodakı Ueno zooparkına axışaraq Çinə qaytarılacaq Syao-Syao və Ley-Ley adlı pandalar ilə vidalaşırlar.
Teleqraf xəbər verir ki, bu barədə zoopark administrasiyasından məlumat verilib.
Qeyd olunur ki, böyük maraq səbəbindən həmin gün üçün zooparka giriş biletləri əvvəlcədən lotereya yolu ilə paylanıb və cəmi 4 400 bilet təqdim olunub.
Pandaların Çinə göndərilməsindən sonra Yaponiya zooparkları ilk dəfə son 50 il ərzində pandasız qalacaq.
Yaponiya tərəfi iki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda Çinin gələcəkdə Yaponiyaya yeni pandaların icarəyə verilməsindən imtina edə biləcəyindən narahatdır. Bu ehtimal daha əvvəl Çin mediasında və sosial şəbəkə istifadəçiləri tərəfindən Yaponiyanın baş nazirinin Tayvanla bağlı açıqlamalarına görə səsləndirilib.