BAKI, 23 yanvar. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial platformasında ölkədəki etiraz aksiyalarında ölənlərin sayının 3000-i keçdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, ümumi itkinin 3117 nəfər olduğunu bildirib. Qeyd edib ki, ölənlərdən 2427 nəfər mülki şəxs və təhlükəsizlik qüvvələridir.
Nazirin sözlərinə görə, aksiyalarda 690 terrorçu da vəfat edib.
Xarici işlər naziri həmçinin iğtişaşlar zamanı dəyən maddi ziyanı sadalayaraq dağıdılmış mağazaların, bankomatların, zədələnmiş binaların və avtomobillərin sayını qeyd edib.