BAKI, 23 yanvar. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinin ABŞ nümayəndələri ilə Kremlində keçirdiyi təxminən dörd saatlıq danışıqlar hər iki tərəf üçün bütün mənalarda faydalı olub. Moskva və Vaşinqton gələcəkdə də sıx təmasları davam etdirəcək.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Kremlində baş tutan görüş həm Rusiya, həm də Amerika tərəfi üçün müsbət nəticələrlə yadda qalıb:
“Az öncə Kremlində başa çatan görüş bütün mənalarda faydalı oldu – həm bizim, həm də Amerika tərəfi üçün. Görüşdə razılaşdırıldı ki, Rusiya və ABŞ gələcəkdə həm Ukrayna mövzusu, həm də digər məsələlər üzrə qarşılıqlı şəkildə sıx təmasları davam etdirəcək”, – deyə Uşakov qeyd edib.