BAKI, 23 yanvar. TELEQRAF

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna Prezidenti Vladimir Zelenskinin Avropa İttifaqını tənqid etməsindən incidiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

O, Ukrayna hakimiyyətinin bu cür açıqlamalarından təəccübləndiyini bildirib. Qeyd edib ki, Avropa dörd ildir Kiyevi dəstəkləyir və onun hərəkətləri sözlərdən daha çox şey ifadə edir.

Ursula fon der Leyen xatırladıb ki, Ukrayna artıq 193 milyard avro yardım alıb və növbəti iki ildə daha 90 milyard avro alacaq.

Zelenski Dünya İqtisadi Forumundakı çıxışında Avropanı özünü necə qoruyacağını bilməməkdə günahlandırıb.