BAKI, 23 yanvar. TELEQRAF

Avropa İttifaqının rəhbərliyi Avropa ölkələrinin liderlərinə Ukraynanın maliyyə tələblərini əks etdirən 1,5 trilyon dollarlıq gizli sənəd təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Brüsseldə keçirilən fövqəladə Aİ sammitindən sonra jurnalistlərə söhbətində danışıb.

Orban bu sənədi atom bombası partlayışı ilə müqayisə edib.

Baş nazir qeyd edib ki, sənəddə Ukraynanın növbəti 10 il ərzində 800 milyard dollar tələb etdiyi və bu məbləğin iki mərhələdə təmin olunacağı göstərilib. İlk mərhələdə 300 milyard dollar, ikinci mərhələdə isə 700 milyard dollar hərbi xərclər üçün nəzərdə tutulub.

Orban bildirib ki, Macarıstan hökuməti bu planlara qarşı çıxır və Ukrayna ilə Aİ-nin bu tələblərini dəstəkləmir.