BAKI, 23 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Qrenlandiya ilə bağlı xərcləri yalnız raketdən müdafiə sistemi olan “Qızıl Günbəz”in yaradılmasına yönələn investisiyalarla məhdudlaşacaq.

Teleqraf xəbər verir ki, Tramp bu barədə açıqlamasında ABŞ-nin başqa hər hansı xərc planlaşdırmadığını vurğulayıb.

“Biz onu tikəcəyik”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp bundan əvvəl "Fox Business" telekanalına müsahibəsində “Qızıl Günbəz” raketdən müdafiə sisteminin bir hissəsinin Qrenlandiya ərazisində yerləşdirilməsi planlarından danışmışdı.