BAKI, 23 yanvar. TELEQRAF

Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə üçtərəfli danışıqlar hələ rəsmi olaraq başlamayıb, amma bəzi qruplar artıq görüş yerindədir.

Teleqraf xəbər verir ki, bu barədə “RBC-Ukraine” Ukrayna Prezident Administrasiyasına istinadla məlumat yayıb.

***

14:47

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Rusiya-ABŞ-Ukrayna təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun görüşü başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Mənbə bildirib ki, Rusiya və Ukrayna nümayəndələrinin eyni otaqda olub-olmadığı hələlik məlum deyil.

Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl üçtərəfli görüşdə ərazi məsələsinin müzakirə olunacağını açıqlamışdı.