LERİK, 23 yanvar. TELEQRAF

Lerik rayonunun bəzi kəndlərinin rayon mərkəzi ilə əlaqəsi hələ də bərpa edilməyib.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, bir neçə gün öncə yağan intensiv qar nəticəsində dağ kəndləri - Çayrud, Veri, Andırma və Rıvarudun rayonla əlaqəsi kəsilib,

Yerli sakinlərin sözlərinə görə, kəndlərdə qarın hündürlüyü 1,5 metrə çatıb.

Yolların bağlı səbəbindən nəqliyyat vasitələrinin hərəkəti tam dayanıb.