BAKI, 23 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukraynada münaqişənin nizamlanmasına Avropa ölkələri ABŞ-dən daha çox ehtiyac duyur.
Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib. O, administrasiyasının münaqişənin dayandırılmasına yönəlmiş fəaliyyətinə toxunaraq Avropanın bu prosesdə əsas maraqlı tərəf olduğunu vurğulayıb.
“Avropa bu prosesin bir hissəsi olacaq. Bu, mənim üçün deyil, daha çox Avropa üçündür. Mən bunu ilk növbədə insanların həyatını xilas etmək üçün edirəm. İkinci növbədə isə Avropa naminə”, - deyə Tramp qeyd edib.
ABŞ lideri əlavə edib ki, Ukraynadakı münaqişə ABŞ-yə birbaşa təsir göstərmir.
“Bu, bizdən minlərlə kilometr uzaqda baş verir. Aramızda okean var. Amma mənim bunu etməyə imkanım var. Görək, buna nail ola biləcəyəmmi”, – deyə Tramp vurğulayıb.