BAKI, 23 yanvar. TELEQRAF

Avropa İttifaqının yeni fövqəladə sammiti fevralın 12-də çağırılacaq. Sammitdə mürəkkəb geosiyasi şərait fonunda Aİ-nin vahid bazarının möhkəmləndirilməsi imkanlarının müzakirəsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta Aİ-nin Qrenlandiya ilə bağlı fövqəladə sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, fevralın 12-də baş tutacaq sammit zamanı Aİ liderləri mövcud çətin geosiyasi şəraitdə Avropanın vahid bazarının ən səmərəli şəkildə necə gücləndirilə və istifadə oluna biləcəyi mövzusunda geniş müzakirələr aparacaqlar.