BAKI, 23 yanvar. TELEQRAF

Venesuela hökuməti Böyük Britaniyanın "The Guardian" qəzetində dərc olunan və tamamilə yalan məlumatlar ehtiva edən məqaləni qəti şəkildə təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə Venesuela hökumətinin rəsmi “Miraflores al Momento” hesabında "X" platformasında paylaşım edilib.

Britaniya nəşri səlahiyyətli prezident Del­si Rodrigezin guya ölkə prezidenti Nikolas Maduronun ələ keçirilməsindən əvvəl Vaşinqtonla təmasda olduğunu iddia edib. Rəsmi Karakas bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.

“Venesuela hökumət bu iddianı qəti şəkildə rədd edir və Venesuelada reallığı təhrif etməyə yönəlmiş media kampaniyaları fonunda həqiqətə sadiqliyini təsdiqləyir”, – deyə təkzibdə qeyd olunub.