BAKI, 23 yanvar. TELEQRAF

Hindistanın ən böyük neft və qaz korporasiyası olan "Indian Oil" Rusiya neftinin idxalını azaltmaq üçün BƏƏ, Braziliya və Anqoladakı şirkətlərdən 7 milyon barel neft alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyinin mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Hindistan neft emalı zavodları ABŞ ilə tarifləri aşağı salacaq ticarət razılaşması əldə etmək üçün Rusiya neftinin alışını azaltmağa çalışır. 2025-ci ilin avqust ayında Vaşinqton Rusiya neftinin alışı səbəbindən Hindistandan idxala tarifləri 25% artıraraq 50%-ə çatdırıb.