BAKI, 22 yanvar. TELEQRAF
Yanvarın 23-də BƏƏ-də Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
"Görüş iki gün davam edəcək. Düşünürəm ki, bu, BƏƏ-də ilk üçtərəfli görüş olacaq, sabah və birisi gün keçiriləcək", - Ukrayna lideri vurğulayıb",- ölkə başçısı qeyd edib.
Onun sözlərinə görə, bu, tarixdə texniki səviyyədə ilk üçtərəfli görüş olacaq.
V. Zelenski qeyd edib ki, yanvarın 22-də ABŞ nümayəndə heyəti Moskvaya yola düşəcək.