BAKI, 14 yanvar. TELEQRAF
Almaniya bu həftə Qrenlandiyaya qoşunlarını göndərəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, adaya öncə Bundesver qoşunlarından ibarət qrup göndəriləcək.
NATO-nun Avropadan olan üzvləri Qrenlandiyadakı hərbi mövcudluğunu gücləndirirlər.
İsveç Danimarkanın xahişi ilə təlimlərdə iştirak etmək üçün silahlı qüvvələrinin zabitlərini Qrenlandiyaya göndərib.
Avropa qoşunları burada "Arktika Dözümlülüyü Əməliyyatı" adlı birgə təlimlər keçirəcəklər.