BAKI, 14 yanvar. TELEQRAF
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Qrenlandiya mövzusunda ABŞ ilə fikir ayrılığı olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, nazir Ağ Evdə ABŞ Dövlət Katibi Marko Rubio və ABŞ vitse-prezidenti J.D. Vens ilə görüşdüyünü bildirib.
O, Qrenlandiya məsələsində Danimarka və ABŞ-nin mövqelərinin fərqli olaraq qaldığını qeyd edib.
Danimarka və ABŞ Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etmək üçün yüksək səviyyəli işçi qrupu yaratmaq qərarına gəliblər
Rasmussen bildirib ki, Danimarka Qrenlandiyanın uzunmüddətli təhlükəsizliyinin 1951-ci il Qrenlandiya Müdafiə Sazişi və NATO Müqaviləsi çərçivəsində təmin edilə biləcəyinə inanır.
O əlavə edib ki, Danimarkanın bütövlüyünün pozulmasından danışmaq qəbuledilməzdir: "Tərəflər Danimarkanın qırmızı xətlərinə hörmətlə yanaşmalıdır. Həmçinin ABŞ-nin təhlükəsizliklə bağlı narahatlıqlarını həll etməyin yolları tapılmalıdır".
Yanvarın 14-də ABŞ-ın vitse-prezidenti J.D. Vance və dövlət katibi Marko Rubio Ağ Evdə Rasmussen və Motzfeldt ilə görüşdülər. Danışıqlar ABŞ prezidenti Donald Trampın Danimarkanın Qrenlandiyanı dərhal tərk etməsini tələb edən son açıqlamasından sonra baş tutub.