BAKI, 14 yanvar. TELEQRAF

Böyük Britaniya Qətərdə yerləşən və regionun ən böyük Amerika hərbi bazası olan Əl-Udeyd aviabazasından bəzi hərbçilərini geri çəkməyə başlayıb.

Teleqraf “Sky News”a istinadla xəbər verir ki, analoji addımı ABŞ da atıb.

İran daha öncə bəyan edib ki, hücuma keçəcəyi təqdirdə ABŞ-nin regiondakı hərbi bazaları legitim hədəf olacaq.

Qətərdəki Əl-Udeyd aviabazası ABŞ-nin bölgədəki ən böyük hərbi bazasıdır.

Qətərdəki bazadan bütün hərbçilərin çıxarılıb-çıxarılmayacağı hələlik dəqiqləşdirilməyib