BAKI, 12 yanvar. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, rəsmilər İrandakı etiraz aksiyalarını müzakirə ediblər.