BAKI, 12 yanvar. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın müdafiə naziri Con Hilinin Rusiya prezidenti Vladimir Putinin oğurlanması ilə bağlı açıqlamasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" qəzeti məlumat yayıb.

"Bunlar Britaniya pozğunlarının xəyalpərəst fantaziyalarıdır" - Zaxarova bildirib.

Daha əvvəl Britaniyanın müdafiə naziri Con Hili Putini qaçırmaq istədiyini deyib.

Ukraynalı jurnalistlərin sualına cavab olaraq Healy qeyd edib ki, əgər imkanı olsaydı, Rusiya prezidentini qaçırardı.