BAKI, 12 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp NATO üzvlərini müdafiəyə daha çox pul xərcləməyə təşviq etməklə üçün yaxşı işlər görür.
Teleqraf xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
"Mən həmişə inanıram ki, insanlar ittifaqa kömək etməklə yaxşı bir iş görürlər. Donald Tramp hamımızı ABŞ kimi daha çox xərcləməyə təşviq etməklə NATO üçün düzgün iş görür", - Rutte bildirib.
O həmçinin Alyansın Arktikanı qorumaq üçün səylərini artırmasını alqışlayıb.
NATO-nun baş katibi hərbi blokun Danimarkanın müdafiə imkanlarını gücləndirmək üçün düzgün istiqamətdə irəlilədiyini deyib.