Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi üzrə ifadə verməsi üçün istinaqa dəvət olunub.
Teleqraf xəbər verir ki, bu barədə F.Qəhrəmanlının özü məlumat yayıb.
“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”.
Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, dövlətə xəyanət kimi cinayətlərdə təqsirləndirilir. O, hazırda ev dustaqlığında saxlanılır.
AXCP sədri Əli Kərimli də hakimiyyəti zorla ələ keçirməyə cəhd və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur.