BAKI, 10 yanvar. TELEQRAF

ABŞ İranda etirazçıları ölkədəki sabitliyi pozmağa təhrik edir.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Bütün dünya ABŞ hökumətinin insanlığa qarşı cinayətlər törətdiyini və bütün beynəlxalq norma və qaydaları pozduğunu izləyir. İndi isə İran İslam Respublikasının bəzi digər ölkələr kimi olduğunu hesab edərək, eyni hərəkətləri fərqli şəkildə edir, bəzilərini iğtişaş və xaos yaratmağa təhrik edir, halbuki İran xalqı öz ölkəsini və dövlət sistemini dəstəkləməkdə əvvəlkindən daha güclü olacaq", - Pezeşkian bildirib.