BAKI, 10 yanvar. TELEQRAF
Amerikalı milyarder İlon Mask Britaniya hökumətini söz azadlığını boğmağa çalışmaqda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Mask Britaniya hökumətinin "Grok" çatbotu tərəfindən qadın və uşaqların cinsi şəkillərinin yaradılmasına görə "X" sosial media platformasına tətbiq etdiyi cərimələrə görə narazılığını bildirib.
Milyarder iddia edir ki, nazirlərin hədələrindən sonea "Grok" çatbotu Böyük Britaniya "App Store"da ən çox yüklənən tətbiq olub.
Hökumətin qadağa təhdidlərinə cavab olaraq Mask yazıb: "Onlar sadəcə söz azadlığını boğmaq istəyirlər".
Britaniya hökuməti bəyan edib ki, minlərlə qadın süni intellekt alətinin istifadəçiləri tərəfindən istismara məruz qalıb. Yeniyetmə qızların və uşaqların fotolarında ciddi dəyişikliklər edilirb. Texnologiya naziri Liz Kendall cümə günü nazirlərin Böyük Britaniyada "X"ə girişi qadağan etməyi ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.