BAKI, 10 yanvar. TELEQRAF
Rusiya hava hücumundan müdafiə sistemləri iki saat ərzində Rusiya bölgələri üzərində 8 Ukrayna PUA-sını məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Moskva vaxtı ilə saat 7:00-dan 9:00-dək hava hücumundan müdafiə qüvvələri tərəfindən Ukraynaya məxsus ümumilikdə 8 PUA vurulub. Onlardan 4-ü Krım, 3-ü Kostroma və 1-i Adıgey Respublikası ərazisində məhv edilib", - deyə məlumatda bildirilir.