BAKI, 4 yanvar. TELEQRAF

Fransanın Baş naziri Sebastyan Lekornu bildirib ki, ölkəsi Aİ-də qadağan olunmuş pestisid qalıqları olan meyvələrin idxalını dayandıracaq.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial platformasında yazıb.

Lekornu bildirib: "Kənd təsərrüfatı naziri Enni Cenevardın təşəbbüsü ilə yaxın günlərdə Avropada qadağan olunmuş maddələrin qalıqları olan məhsulların - mankozeb, qlüfosinat, tiofanat-metil və karbendazimin idxalının dayandırılması barədə fərman veriləcək".

O, tədbirin "Cənubi Amerikadan və digər yerlərdən avokado, manqo, quava, sitrus meyvələri, üzüm və alma"ya təsir edəcəyini və onların "artıq ölkəyə girişinə icazə verilməyəcəyini" əlavə edib.

Lekornu bildirib ki, "sağlamlıq standartlarımıza uyğunluğu təmin etmək üçün ixtisaslaşmış bir qrup tərəfindən daha sərt nəzarət həyata keçiriləcək".